Həmin gəmidən sağ çıxan azərbaycanlı danışdı

14:14 15.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Odessa sahilindən Türkiyə istiqamətinə üzərkən gəmidə qəfil partlayış baş verdi və güclü yanğın başladı.

Hafta.az xəbər verir ki, bu sözləri açıqlamasında iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında yerli vaxtla saat 15:15 radələrində Türkiyənin “Okean Maritime” şirkətinə məxsus “Atlas Bey” adlı mülki ticarət gəmisinin dron hücumuna məruz qalan zaman hadisə yerində olan ikinci kapitan İsmayıl Axundov söyləyib.

“Yükü boşaltdıqdan sonra Odessa sahilindən Türkiyəyə yan aldıq. Gəminin azərbaycanlı heyətlərinin 11 üzvü aşağıya düşmüşdük. Gəmini yuyurduq. Yuxarıda yalnız kapitan qalmışdı. Ani halda güclü partlayış baş verdi, sonra yanğın başladı. Yaxınlıqda olan gəmilər köməyə gəldi və təxliyə başladı”, - deyə İsmayıl Axundov əlavə edib.

Onun sözlərinə görə, kapitanın durumu barədə hələ xəbər yoxdur:

“Hadisə baş verən kimi Azərbaycan dövlətinin müvafiq qurumları dərhal bizə dəstək oldular. Heyətimiz adından təşəkkür edirəm. Hazırda Odessa şəhərindəyik, Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları da buradadırlar. Bizimlə yaxından maraqlanırlar və Azərbaycana təxliyə olunmağımız üçün konsulluq dəstəyi davam etdirilir”./azertag/